18.6.13

Yeni ünvanım

 Dəyərli dostlar, qiymətli oxucular!

Bundan sonra bu ünvanda olacağam:

 

http://cavi-dan.blogspot.com/

 

Yolunuzu gözləyəcəm, şərhlərinizi, təkliflərinizi yeni məkanımda oxumaq diləyilə!



16.4.13

Rozariya



1

Əyalət – insanların sadə və qəliblərə hesablanmış həyatlarını sürdükləri yerdir. Onlar təbii bacarıqları və tələbatlarıyla gündəlik həyatlarını yaşayır, aram bir dalğavari ritmdə doğulur, yaşayır, ailə qurur, övlad dünyaya gətirir, xəstələnir və ölürlər...Seçki günlərində dəstəylə axışıb səs verərlər, hərçənd siyasətin nə olduğundan xəbərləri belə olmaz, dəstəylə sevərlər, dəstəylə nifrət edərlər, dəstəylə inanarlar Allaha. 

29.3.13

Xərabət

Facebookda qrup açdım.
XƏRABƏT adlı.
Dost siyahımdakı ədəbiyyat adamlarından bir çoxunu üzv etdim qrupa, istəyən qalacaq, istəməyən özü çıxacaq, marağı olanlar da ədəbiyyat adına, ciddi qəbul etdikləri dostlarını dəvət edə bilərlər.
Tanıtım üçün bunları yazdım hələlik:

22.3.13

Mimoza dövrü

Həyətimizin bir tərəfini qonşu məhəllədən ayıran arxın kənarı boyunca düzülmüş mimoza ağaclarını çox sevərdim.
Yalnız bizim həyətdə deyildi onlar, kəndin bütün həyətlərində əkilmişdilər.
Bahar gələndə xırdaca, sapsarı çiçəkləri bəzəyərdi budaqları.

21.3.13

Bakı üçün

"Bakıcan!
Bir gün sənə gələcəyəm..."
Deyəsən belə başlayırdı o cıqqılı şeir, hanısa köhnə dəftərin vərəqlərinin birində kiril qrafikalı əlyazması qalmalıdır.
O şəhəri hər zaman arzuladım.

20.3.13

Bahar

Baharın gəlməsini necə hiss etdim, deyimmi?
Dəniz kənarından sonra şəhəri fırlanıb, dağlara tərəf getdik, bulaq yanında, meşə içində çay içib, yemək sifariş etmişdik, cibində siqaret axtaran vərdişkar adamlar kimi əllərimi üstümə-başıma apardım, amma telefonum maşında qalmışdı, həmən saatı soruşdum.

14.3.13

Zəruri qeyd:)

Facebook hesabımı deaktive etməyim - Fəzail Ağamalıya dəstək aksiyası deyil, virtual qələbəlikdən bir qədər kənara çəkilib, dincəlmək ehtiyacıdır.
Bloquma mən burada aktiv olmadığım zamanlarda da gələn hər kəsə təşəkkür edirəm.

21.2.13

Əfv

Sən də mənə daş atmısan,
sən də!
Bax,
barmaqların hələ də ağrayır,
əllərin bulaşıq, qara,
gözlərinin hər giləsində
bir damla qan şəkli donub.

29.1.13

Ay daşı

Ay daşına çevriləcəm bir gün,
Ay işığı düşəcək xatirələrin üstünə,
ovcunda, cibində gəzəcəm - sevimli talismanın tək,
Gün kimi batmış qadından
ulduz dolu nağıllar danışacam sənə,
ağlayacaqsan - tənha və tək,
erkək-erkək...


18.1.13

Yalnız Ədəbiyyat

Bilənlər bilir, keçən ilin aprelindən Azərbaycan Valideyn-Müəllim Assosasiyası İctimai Birliyinin Lənkəran şəhər 4 nömrəli Humanitar Təmayüllü Məktəb-Liseyində təsis olunan 2 saylı filialının prezidenti seçilmişdim.